Xəzər Xəbər

İraq ordusu iki neft yatağını “Peşmərgə”dən geri alıb

Dünya | 11:13 • 21 Oktyabr 2017
İraq ordusu iki neft yatağını “Peşmərgə”dən geri alıb

İraqın hökumət qüvvələri iki neft yatağını "Peşmərgə”dən geri alıb.

Xezerxeber.az Anadolu Agentliyinə istinadən məlumat verir ki, İraq ordusu mübahisəli bölgələr sırasına olan Mosulun Zummar qəsəbəsi ilə yanaşı iki neft yatağını "Peşmərgə”den geri alıb. Zummar qəsəbəsindəki "Batme” və "Ayn Zale” neft yataqlarına nəzarət orduya keçib. Bununla da, İraq ordusunun nəzarətində olan neft quyularının sayı 44-ə çatıb.

Həmçinin hökumət qüvvələri ötən günlərdə iki neft şirkəti ilə yanaşı, 10-dək xüsusi əhəmiyyət daşıyan neft quyusunu heç bir qarşıdurma yaşanmadan "Peşmərgə”dən geri alıb və quyuların rəsmi Bağdadın nəzarətinə keçməsini təmin edib.

Xəbər lenti