Xəzər Xəbər

İlon Maskdan açıqlama — Bəşəriyyəti gələcəkdə nələr gözləyir?

Dünya | 13:07 • 18 Oktyabr 2017
İlon Maskdan açıqlama

"Tesla Motors" şirkətinin qurucusu və sahibi İlon Mask bəşəriyyətin gələcəyi ilə bağlı proqnozlarını səsləndirib.

Maskın proqnozları və təxminləri oxuyanların çaşqınlığına səbəb olub. Əgər kosmik səfərlərlə bağlı proqnozlar reallaşsa, bizi tamamilə başqa bir dünya gözləyir.

İlon Maskın proqnozları:

2018-ci il - İnsanlar yenidən istifadə edilə bilən raketlərlə kosmosa uçacaqlar;

2024-cü il - Süni zəka bəşəriyyət üçün real təhlükəyə çevriləcək;

2025-ci il - "Tesla" şirkəti "Apple" qədər dəyərli olacaq;

2025-ci il - Bəşəriyyət Marsa ayaq basacaq;

2027-ci il - Yeni istehsal edilən avtomobillərin yarıdan çoxu elektriklə işləyəcək;

2033-cü il - Günəş əsas enerji mənbəyi olacaq;

2037-ci il il - Avtomobillərin artıq bir sükanı olmayacaq;

2040-cı il - Bəşəriyyət Marsda şəhər qurub planeti koloniyaya çevirəcək;

2040-cı il - Süni zəka hər sahədə insanı üstələyəcək;

2060-cı il - 1 milyon insan Marsda yaşayacaq.


Xəbər lenti

Çox oxunanlar