Buna qədər İspaniyanın Nazirlər Kabineti oktyabrın 11-də Kataloniya hakimiyyətinə müstəqilliklərinin elan olunmasına dair izahat istəyib. Karles Pudçemon həftənin birinci gününə qədər cavab verməlidir. Əgər cavab Madridi qane etməsə, onda hökumət cümə axşamı Konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq kataloniyaya qarşı tədbirlər görəcək./faktxəbər