Dünya ictimaiyyətinin imzaladığı nüvə sazişini ləğv etmək istəyən Trampa Həsən Ruhani belə cavab verib:
"Onun sözləri bir sıra söyüş və iranlılara qarşı əsassız ittihamlardan başqa bir şey deyildi. Mən onu tarixi, coğrafiyanı oxumağa, beynəlxalq müqavilələr və konvensiyaların tarixini oxumağa dəvət edirəm, Trampın görünür xəbəri yoxdur ki onlar altmış neçə il öncə bu ölkədə çevriliş edən birilərini iş başına gətirdilər. Onların iş başına gətirdiyi həmin güc pulla, nüfuzla və təzyiqlə bizim ölkədəki qanuni hökuməti devirdilər. Elə bil Tramp yaddan çıxarıb ki bu millətin şah diktatorluğuna qarşı mübarizəsində bu Amrika idi ki şahı müdafiə edirdi. Amerika islam inqilabından dərhal sonra və iki il sonra yenə çevriliş həyata keçirdi, amma baş tutmadı. Deyəsən Tramp yaddan çıxarıb ki diktator Səddam İrana təcavüz edəndə 8 il muharibə ərzində onlar diktatoru dəstəklədilər. Tramp gərək tarixi yaxşı oxusun bilsin ki onlar son 60 ildə iranlılarla nələri ediblər...Tramp gedib coğrafiyanı da oxusun və heç olmasa körfəzdə olan öz hərbçilərindən və əllərində Fars Körfəzinin xəritəsi olan pilotlarından soruşsun ki o körfəz Fars körfəzidir yoxsa ərəb körfəzi... Bundan sonra nüvə sazişinə bir maddə nə artırılacaq, nə də əskiləcək. Əgər milli mənafeyimiz təmin olarsa bu sazişdə qalacağıq"/faktxəbər