Xəzər Xəbər

Kral Salman Putindən `S-400` kompleksini 3 milyard dollara istəyir

Dünya | 11:42 • 5 Oktyabr 2017
Kral Salman Putindən
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl-Səud Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüş zamanı "S-400" raketlərinin satılmasını müzakirə edəcək. Bu barədə "Kommersant" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, "S-400"lərin Səudiyyəyə 3 milyard dollara satılması bu gün imzalanacaq müqavilələrdə nəzərdə tutulmasa da, "Triumf" raketlərinin ər-Riyada verilməsi gələcək üçün müzakirə olunacaq.

Qeyd edək ki, kralı Salman bin Əbdüləziz Əl-Səud oktyabrın 4-də tarixdə ilk dəfə Rusiyaya işgüzar səfər edib. O, cümə axşamı, oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Onlar neft bazarında vəziyyəti və Şimali Afrikada və Yaxın Şərqdə vəziyyəti müzakirə edəcəklər./faktxəbər

Xəbər lenti