Şimali Koreyanın xarici
işlər naziri Li Yon Xo ABŞ prezidenti Donald Trampın BMT-nin baş
assambleyasındakı çıxışını "itin hürməsi"nə bənzədib.
Bunu Xo "Yonxap" agentliyi müsahibəsində bildirib.
"Əgər o düşünürsə ki, itin hürməsi bizi qorxudacaq, həqiqətən bu, it fantaziyasıdır", - XİN rəhbəri deyib,
Məlumatda qeyd olunub ki, Koreya dilində "it fantaziyası" isə absurd, mənasız, əbəs kimi başa düşülür.