Xəzər Xəbər

Pinqvinlərə görə milyard dollarlıq layihədən imtina etdilər

Dünya | 12:26 • 23 Avqust 2017
Pinqvinlərə görə milyard dollarlıq layihədən

Çili höküməti nəsli tükənmək təhlükəsi qarşısında olan minlərlə pinqvini qorumaq məqsədilə 2,5 milyard dollarlıq layihəni təsdiq etmədi.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Andes Iron" şirkəti Milli Hambolt Pinqvin qoruğu yaxınlığında dəmir mədəni və liman inşa etmək istəyib, lakin ətraf mühitə zərər vermə təhlükəsinə görə layihə qəbul edilməyib.

Çili ətraf mühit naziri Marselo Mena "Ölkənin və iqtisadiyyatın inkişaf edə biləcəyi layihələrin əleyhinə deyilik, lakin bunun qarşılığında ətraf mühit, canlılar zərər görməməlidir" deyib.

Qeyd edək ki, qoruq pinqvinlərdən başqa balinalar, su samuru və s. nəsli tükənməkdə olan heyvanlara ev sahibliyi edir.

Xəbər lenti