Xəzər Xəbər

Şimali Koreya: “Amansız intiqam alacağıq”

Dünya | 11:52 • 22 Avqust 2017
Şimali Koreya:

Şimali Koreya ordusunun hərbi komandanlığı ABŞ və Cənubi Koreyanı təhdid edib.

Komandanlıq iki ölkənin birgə hərbi təlimlərinə görə "amansız intiqam” alacağını açıqlayıb.

"Onlar (ABŞ və Cənubi Koreya nəzərdə tutulur) bizim xəbərdarlıqlara etinasız yanaşdılar, düzgün seçim etmək əvəzinə təhlükəli hərbi təxribata getdilər. Onlar bizim amansız intiqamımızdan və cəzalandırmamızdan qaça bilməyəcəklər”.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya avqustun 21-dən etibarən birgə hərbi təlimlərə başlayıblar. "Ulchi Freedom Guardian” adlı hərbi təlimlər avqustun 31-dək davam edəcək. Təlimlərdə 50 minə yaxın cənubi koreyalı, 17,5 min amerikalı hərbçi iştirak edir. Bu hərbi təlimlər Pxenyanda silahlı münaqişənin məşqi kimi qiymətləndirilir./Teleqraf.com

Xəbər lenti