Xəzər Xəbər

ABŞ məşhur futbolçunu “qara siyahı”ya saldı

Dünya | 11:23 • 10 Avqust 2017
ABŞ məşhur futbolçunu “qara siyahı”ya saldı

ABŞ Maliyyə Nazirliyi narkomafiya ilə əlaqələrdə ittiham olunan Meksikanın 22 vətəndaşı və 42 şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalara məruz qalanlardan biri də Meksikanın futbol üzrə milli komandasının üzvü Rafael Markesdir.

Futbolçu narkomafiya bossu Flores Ernandeslə əlaqələrdə ittiham olunur. Siyahıya Markeslə birlikdə Meksika müğənnisi Xulio Sezar Alvares Montelonqo düşüb. Müğənninin də Ernandeslə əlaqələri olduğu bildirilir.

Qeyd edək ki, fevralda 38 yaşı tamam olan Markes Meksika futbolunun tarixində ən yaxşı oyunçulardan biri hesab edilir. O xaricdə İspaniyanın "Barselona”, Fransanın "Monako” və "Lion”, həmçinin bir sıra klubların şərəfini qoruyub./publika.az

Xəbər lenti