Xəzər Xəbər

Venesuelada etirazlar: 16 ölü

Dünya | 10:15 • 31 İyul 2017
Venesuelada etirazlar:

Son iki gündə Venesuelada müxalifət tərəfindən təşkil olunan etiraz aksiyalarında həlak olanların sayı artmaqdadır.

Son sutka ərzində etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub. Hakimiyyətdən narazı olan venesuelalılar küçə nümayişlərinə qoyulan qadağalara baxmayaraq, etirazları davam etdirirlər. Bir çox yerlərdə aksiyalar kütləvi iğtişaşlarla nəticələnib.

Hökumət əleyhinə etiraz aksiyalarının baş qaldırdığı aprel ayından indiyədək həlak olanların sayı 110 nəfəri ötüb, 1,4 minədək insan həbs edilib.

Xəbər lenti