Xəzər Xəbər

Çin Şimali Koreya ətrafındakı böhrana hazırlaşır

Dünya | 13:18 • 25 İyul 2017
Çin Şimali Koreya ətrafındakı böhrana hazırlaşır

Çin hakimiyyəti Şimali Koreya ətrafında baş verə biləcək böhrana hazırlaşmağa başlayıb və uzunluğu təxminən 1500 kilometr olan sərhədləri möhkəmləndirmək qərarına gəlib. Bu barədə The Wall Street Journal yazır.

Məlumata görə, Pekində ABŞ-ın yarımadanın şimal hissəsinə həqiqətən də zərbə endirə biləcəyi ehtimal edilir. Bu səbəbdən Şimali Koreya ilə sərhəd rayonlarda yaşayan əhali üçün sığınacaqlar tikilir.

Bundan əlavə, Çin sərhəd qoşunlarının sayı da xeyli artırılıb.

Xatırladaq ki, KXDR ətrafında vəziyyət Pxenyan ardıcıl olaraq bir neçə ballistik raket sınaqları keçirdikdən sonra gərginləşib. Nəticədə Pentaqon Şimali Koreya sahillərinə bir neçə hərbi gəmi göndərib, Ağ evin başçısı Donald Трамп isə bildirib ki, KXDR-in nüvə-raket problemi "bu və ya digər yolla" həll olunacaq./faktxəbər

Xəbər lenti