Xəzər Xəbər

Trampın Rusiya ilə əlaqələri barədə yeni detallar üzə çıxdı

Dünya | 16:11 • 22 İyun 2017
Trampın Rusiya ilə əlaqələri barədə yeni detallar üzə çıxdı

ABŞ Milli Kəşfiyyat Xidmətinin rəhbəri Deniel Kouts və Milli Təhlükəsizlik Angetliyinin rəhbəri Mayk Rocers prezident Trampın onlara etdiyi təklif barədə danışıblar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp xüsusi xidmət orqanlarının rəhbərlərindən onun Rusiya ilə heç bir əlaqəsinin olmadığına dair rəsmi açıqlama verməsini xahiş edib.

Ötən həftə Ədliyyə Nazirliyinin Rusiya izini araşdıran xüsusi prokuroru Robert Müllerlə və senatorlarla görüşən məmurlar Trampla danışıqlar aparmağın çətin olduğunu desələr də, onun araşdırmanı dayandırmaqla bağlı heç bir təkidinin olmadığını da deyiblər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti