Xəzər Xəbər

Mançester terrorçusu - 23 yaşlı şəxs saxlanıldı

Dünya | 15:22 • 23 May 2017
Mançester terrorçusu -

Mançesterdə stadionda terror aktını törətməkdə şübhəli biklinən şəxs saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Böyük Mançester Qraflığının polisindən verilən məlumatda qeyd olunub.

Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən 23 yaşlı şəxs aparılan reyd nəticəsində saxlaınılıb.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox adam xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Xəbər lenti