Xəzər Xəbər

Bolqarıstanda parlament seçkiləri keçirilir

Dünya | 11:37 • 26 Mart 2017
Bolqarıstanda parlament seçkiləri keçirilir

Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir. Seçki məntəqələri yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə 9:00) səsvermə üçün açılıb.


Xezerxeber.az "RİA Novosti" informasiya agentliyinə istinadla xəbər verir ki, Bolqarıstan parlamentinin 240 deputatı ümumxalq səsverməsi ilə dörd il müddətinə seçilir. Seçicilərin 4 faizindən çoxunun səsini alan partiya parlamentdə təmsil olunmaq hüququ qazanır. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu seçkilərdə 13 partiya, 9 koalisiya, 21 təşəbbüs qrupu iştirak edir və ümumilikdə 4732 deputat qeydə alınıb.


Bolqarıstan Daxili İşlər Nazirliyi seçki günü ictimai asayişin qorunmasına 14 min polis əməkdaşının cəlb olunduğunu bildirib.

Xəbər lenti