Xəzər Xəbər

Yeddi saatdan az yuxu yüksək təzyiq riskini artırır TƏDQİQAT

Cəmiyyət | 13:12 • 29 Mart 2024
Yeddi saatdan az yuxu yüksək təzyiq riskini artırır

Yeddi saatdan az yuxu yüksək təzyiq riskini artırır.

“The İndependent” nəşri yazır ki, ilkin nəticələrə görə, qadınlar kişilərə nisbətən bu xəstəlikdən daha çox əziyyət çəkirlər.

Tədqiqatın ilk nəticələri 7 saatdan az yatmağın yüksək təzyiq riskinin artması ilə əlaqəli olduğunu ortaya qoyub. Altı fərqli ölkədən 1 milyondan çox insanın məlumatlarını təhlil edən araşdırma, 5 saatdan az yuxu ilə bu ehtimalın 11 faizə yüksəldiyini göstərib. Tədqiqat qrupu yuxu müddəti ilə yüksək qan təzyiqi arasındakı əlaqədə yaşa bağlı heç bir fərqin aşkar edilmədiyini bildirir.

İrandakı Tehran Ürək Mərkəzinin kardiologiya kafedrasının dosenti Kaveh Hosseini bildirib ki, yuxu mütəxəssislərinin tövsiyə etdiyi kimi 7-8 saat yatmaq ürək üçün çox əhəmiyyətlidir. ABŞ-da Amerika Kardiologiya Kollecinin İllik Elmi Sessiyasında təqdim edilən ilkin nəticələr də göstərir ki, qadınlarda bu pozulma riski kişilərə nisbətən 7 faiz yüksəkdir. Bundan əlavə, K.Hosseini xəbərdarlıq edib ki, bu fərq statistik cəhətdən əhəmiyyətli olsa da, klinik cəhətdən əhəmiyyətli olmaya da bilər: “Buna görə də əlavə araşdırmalara ehtiyac duyulur”.

Məlumatları araşdırılan insanlar tədqiqatın əvvəlində yüksək təzyiqə malik deyildilər və orta hesabla 5 il izləniliblər. Yuxu və yüksək təzyiq arasındakı əlaqə, ürək xəstəliyi riski, siqaret çəkmə və çəki kimi faktorlar üçün statistik düzəlişlərdən sonra əldə edilib. Tədqiqatın alimləri, insanlara yuxu ilə əlaqədar olan tənəffüs pozğunluqları kimi əsas amillərə görə mütləq həkimə müraciət etməyi məsləhət görürlər.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti