Xəzər Xəbər

Hava ilə bağlı yeni MƏLUMAT

Cəmiyyət | 09:40 • 7 İyun 2023
Hava ilə bağlı yeni

Yağan leysan yağışlar nəticəsində İsmayıllı rayonu ərazisindən keçən Göyçay çayından, Oğuz rayonundan keçən Əyriçaydan, Zaqatala rayonu ərazisindən keçən Muxax çayı və Talaçaydan, Qax rayonundan keçən Kürmükçaydan, Qəbələ rayonundan keçən Dəmiraparançaydan, Quba rayonu ərazisindən axan Vəlvələçaydan sel keçib.

Xezerxeber.az xəbər verir ki, düşən yağıntının miqdarı Qaxda 156 mm (aylıq normanın 121 faizi), Qəbələdə 53 mm (aylıq normanın 47 faizi), Zaqatalada 48 mm (aylıq normanın 37 faizi), Şəkidə 37 mm (aylıq normanın 37 faizi), Balakəndə 27 mm (aylıq normanın 21 faizi), Şahdağda 23 mm (aylıq normanın 48 faizi), Oğuzda 23 mm (aylıq normanın 19 faizi), Altıağacda 16 mm (aylıq normanın 25 faizi), Qusarda 15 mm, Gədəbəy, Xaltanda 12 mm, Daşkəsən, Quba, Şəmkir, Şamaxı, Yevlax, Gəncə, Göygöl, Ağstafa, Ceyrançöl, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Tovuz, İsmayıllı, Qobustan, Pirallahı, Mingəçevirdə 5-10 mm-dək olub.

Öncədən xəbər verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti davam edib. İyunun 6-da şimal-qərb küləyi arabir Naftalanda 22, Neftçala, Mingəçevir, Şəki, Gəncə, Zaqatala, Balakəndə 20, Ağdamda 18, Sabirabad və Qaxda isə 17 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şəmkir, Quba, Qusar, Şahdağ, Altıağac, Balakən, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti