Xəzər Xəbər

Koronavirusun yeni əlamətləri AÇIQLANDI

Ən çox rast gəlinən əlamətlər bunlardır
Cəmiyyət | 10:00 • 19 Avqust 2022
Koronavirusun yeni əlamətləri AÇIQLANDI

Koronavirusun yeni əlamətləri açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiyanın tanınmış immunoloqu Vladimir Bolibok “Veçerney Moskve” nəşrinə açıqlamasında bildirib.

“Koronavirusun omikron ştamının bədəndə zəiflik əlaməti var. Həmin əlamət digər növ viruslarında baş vermir, buna görə də onu digər xəstəliklərlə ayırd etmək çətindir", - o deyib.

Həkimin sözlərinə görə, ən çox rast gəlinən əlamətlər burun tutulması, baş ağrısı və göz bəbəklərində ağrı olub. Vladimir Bolibok qeyd edib ki, koronavirusa yoluxmadan sonra qoxu itkisinə indi nadir hallarda rast gəlinir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 590 659 276 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən ölənlərin sayı 6 440 163 nəfər təşkil edir.

Virusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya və Cənubi Koreya siyahıda ilk yeddiliyi bölüşür.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report) 

 

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti