Xəzər Xəbər

Həşərat sancması zamanı nə etmək lazımdır? - Həkimdən VACİB AÇIQLAMA

Cəmiyyət | 12:45 • 28 İyun 2022
Həşərat sancması zamanı nə etmək lazımdır? - Həkimdən VACİB AÇIQLAMA

Yay fəslində ən çox narahatlıq doğuran məqamlardan biri həşəratların fəallaşmasıdır.

Onların dişləməsi allergik reaksiyalara səbəb olur, çünki həşəratın tüpürcək vəzlərindəki fermentlər bədənin immun sistemi ilə reaksiyaya girir, bu isə qaşınma, dişləmə yerinin qızarması, şişkinlik və gec sağalan yaralar əmələ gətirə bilər.

XəzərXəbər AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-allerqoloq Ramin Nərimanın dediyinə görə, həşərat dişləməsi allergiyası olanlar üçün daha təhlükəlidir:

“Həşərat dişləməsi yerli və ümumi əlamətlərlə üzə çıxır. Yerli reaksiyalar hər hansı bir həyati təhlükə daşımır, ümumi reaksiyalar isə daha təhlükəli olur.

Həşərat sancmasına qarşı duz məhlullarından və iltihab əleyhinə dərmanlardan istifadə etmək olar. Anafilaktik şok, boğulma, təzyiqin düşməsi halları vaxtında müdaxilə tələb edir”.

Həşərat zəhərinə qarşı istənilən yaş qrupunda allergik reaksiyalara rast gəlinir, bu isə bədənin müdafiə xarakterindən irəli gəlir.

“Təəssüf ki, əksər insanlar allergik reaksiyaların immunitetin düşməsi nəticəsində yarandığını güman edirlər. Hamının immun sistemində cavab reaksiyası var, lakin bəzilərində həmin reaksiya normadan artıq olduğuna görə yerli reaksiyalar daha yayğın şəkildə olur, damar xəstəlikləri, hər hansı travmalar, əvvəllər keçirilmiş dəri xəstəlikləri olanda yerli reaksiyalar daha yayğın şəkildə və daha davamlı olur.

Həşərat sancan zaman həmin nahiyəni qaşımaq, əlavə müdaxilələr etmək, qıcıqlandırıcı maddələr, o cümlədən yod, spirt vurmaq məqsədəuyğun deyil.

Soyuq su ilə uzun müddət yumaq, hipertonik məhlullardan istifadə etmək, iltihab əleyhinə yerli kremlər çəkmək və antihistamin dərmanlardan istifadə məsləhət görülür”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti