Xəzər Xəbər

DİQQƏT! Azərbaycanda bu tarixdən HAVA DƏYİŞİR: Güclü külək, yağış...

Cəmiyyət | 25,646 | 09:01 • 15 İyun 2022
DİQQƏT! Azərbaycanda bu tarixdən HAVA DƏYİŞİR: Güclü külək, yağış...

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, iyun ayının ikinci ongünlüyünün sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

Bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

Xəbər lenti

Çox oxunanlar