Xəzər Xəbər

İyun ayının pensiyaları tam ödənilib

Cəmiyyət | 18:44 • 14 İyun 2022
İyun ayının pensiyaları tam ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyun ayının pensiyalarının ödənişini tam yekunlaşdırıb.

Nazirlikdən verilən məlumata görə, iyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Xəbər lenti