Xəzər Xəbər

Meymunçiçəyi virusu ölümə səbəb ola bilər? AÇIQLAMA

Cəmiyyət | 21:37 • 27 May 2022
Meymunçiçəyi virusu ölümə səbəb ola bilər?

“Meymunçiçəyinə yoluxanlar arasında bəzən ölüm faktları da ola bilər”.

XəzərXəbər xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

O bildirib ki, ölüm halları daha çox dəri səthindəki səpkilərə müxtəlif bakteriyalar düşəcəyi halda baş verə bilər:

“Həmçinin xəstəliyi çox ağır keçirən şəxslər arasında ölüm halları ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır, bunu da xüsusilə vurğulamaq lazımdır”.

Şöbə müdiri onu da əlavə edib ki, meymunçiçəyi virusunun yayılmış iki alt tipi məlumdur:

“Virusun ilkin olaraq bizə məlum olan Qərbi və Mərkəzi Afrika tipləri var. Bunlardan birinin öldürücülüyü heç 1% olmadığı halda, digərində 6-11% təşkil edir”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti