Xəzər Xəbər

Hacıqabul körpüsündə hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət | 10:01 • 18 May 2022
Hacıqabul körpüsündə hərəkət məhdudlaşdırılacaq

Bu gecədən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 89,7-ci kilometrində yerləşən mövcud avtomobil körpüsündə hərəkət qismən məhdudlaşdırılacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir. Hərəkətin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək. Təmir işləri müddətində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.

Xəbər lenti