Xəzər Xəbər

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə: seçim başladı

Cəmiyyət | 09:52 • 18 May 2022
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə: seçim başladı

Mayın 18-i saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə verilir.

Bu barədə xezerxeber.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem mayın 23-ü saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Xəbər lenti

Çox oxunanlar