Xəzər Xəbər

İş axtaranların NƏZƏRİNƏ - May ayının 16-dan etibarən...

FHN-də işləmək istəyənlər mayın 16-da müraciət etsinlər
Cəmiyyət | 15:47 • 13 May 2022
İş axtaranların NƏZƏRİNƏ - May ayının 16-dan etibarən...

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçən, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

şəxsiyyət vəsiqəsi;

əmək kitabçası (olanlar üçün);

tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd;

sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən);

3x4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil.

"Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Sənədlər 2022-ci il may ayının 16-dan etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir", - məlumatda qeyd olunub.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti