Xəzər Xəbər

“Omikron” xaricdən sifariş edilən bağlamalarla yayılır?

Cəmiyyət | 15:40 • 19 Yanvar 2022
“Omikron” xaricdən sifariş edilən bağlamalarla yayılır?

Çin hökuməti yerli sakinlərə koronavirusun "Omikron” ştamının yayılması risklərini azaltmaq üçün xaricdən məhsul sifariş etməyi dayandırmağı tövsiyə edib.

XəzərXəbər xəbər verir ki, bu barədə Pekinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
 
Ölkə hökumətinin açıqlamasına görə, ola bilsin ki, koronavirusun yeni variantı Kanadadan gələn məktubla Pekinə çatıb.
 
Xarici poçtdan imtina edə bilməyənlər üçün səhiyyə orqanı bir neçə göstərişə əməl etməyi tövsiyə edib: bağlamaları evdən kənarda maska ​​və əlcəklə açmaq lazımdır, "Omikron” infeksiyası riski yüksək olan ölkələrdən gələn əşyaları antiseptiklə təmizləmək lazımdır.
 
Həmçinin, Çin səlahiyyətliləri yeni növ koronavirusun bağlamalar vasitəsilə ölkəyə daxil ola biləcəyindən qorxurlar, çünki "Omikron”la ilk yoluxma halı xarici məktubla əlaqəli olub. Pekin sakini Kanadadan məktublar alıb və koronavirusa yoluxub, sonradan bu məktubda virus aşkar edilib.
 
Çatdırılma zamanı məktub ABŞ və Honkonqa səfər etməyi də bacarıb. Onunla təmasda olan bütün poçt işçiləri karantinə göndərilib. Həmçinin xəstənin bütün ailəsi, kuryer və 60-dan çox insan təcrid edilməli olub. /Oxu.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti