Xəzər Xəbər

Boyanın açıq qutuları ətraf mühit üçün təhlükəlidir

Boyanın tərkibindəki polimerlər polietilen paketlər qədər ətraf mühit üçün zərərlidir
Cəmiyyət | 17:30 • 13 Yanvar 2022
Boyanın açıq qutuları ətraf mühit üçün təhlükəlidir

Divar boyasının açıq qutuları ətraf mühit üçün təhlükəlidir.

AZƏRTAC Baltik ölkələrin mətbuatına istinadla xəbər verir ki, bunu Kral Kimya Cəmiyyətinin (“The Royal Society of Chemistry”) alimləri sübut ediblər.

Xarici mütəxəssislər bildiriblər ki, boyanın tərkibindəki polimerlər polietilen paketlər qədər ətraf mühit üçün zərərlidir: “Onlar uzun müddət Yerin səthində qalır və atmosferi çirkləndirir, həmçinin su təchizatı sistemində və qidada kök sala bilirlər”.

Tədqiqatçıların keçirdikləri sorğu nəticəsində müəyyən edilib ki, britaniyalı ailələr 50 milyon litrdən çox boya qalıqları saxlayır. Bu miqdar Londondakı Tauer körpüsünü 2,3 min dəfə rəngləmək üçün kifayət edər. Çox vaxt maddənin artığı zibilxanaya atılır və ya yandırılır, bu cür tullantıların yalnız iki faizi təkrar istifadə və ya emal olunur.

Tədqiqatçılar lak və boya məhsullarının alınması ilə bağlı ajiotajı koronavirus pandemiyası ilə əlaqələndirirlər, belə ki, insanlar evdə daha çox vaxt keçirməyə və mənzilin təmiri ilə məşğul olmağa başlayıblar.

Boyanın qalığının planetə vurduğu zərəri azaltmaq məqsədilə alimlər materialın lazımi miqdarını daha yaxşı hesablamağı və ya tullantıları təkrar emala təhvil verməyi məsləhət görüblər.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti