Xəzər Xəbər

Maaş gələnə qədər kimdən borc almaq olar? ARAŞDIRMA

Cəmiyyət | 10:47 • 5 Dekabr 2021
Maaş gələnə qədər kimdən borc almaq olar?

Rusiya vətəndaşlarının üçdə birindən çoxu maaş almadan əvvəl maliyyə çətinlikləri yaşadıqlarını, onların 57 faizini kredit kartı ilə həll etdiklərini və hər üçdə biri dost və tanışlarından borc götürdüyünü etiraf edib.

"RİA Novosti" xəbər verir ki, bununla bağlı "Post Bank" araşdırma aparıb.

Bankın Rusiyalıların ödəniş etmək üçün maddi çətinliklər mövzusunda keçirdiyi sosial media sorğusunda respondentlərin 34%-i müntəzəm ödənişlər üçün kifayət qədər pullarının olmadığını, 40%-i bəzən belə çətinliklərlə üzləşdiyini, 26%-i isə heç vaxt belə bir problemlə qarşılaşmadıqlarını deyiblər.

Əmək haqqını almadan əvvəl pula ehtiyacı olanların 38%-i 5 min rubla qədər, digər 31%-i 5 min rubldan 10 min rubla qədər, 21%-i 10 min rubla ehtiyac olduğunu söyləyib. Digər 10% cavab verib ki, onlara 20 min rubldan çox lazımdır.

"Maliyyə çətinliyi ilə üzləşənlərin təxminən 57%-nin kredit kartı var və mütəmadi olaraq maaş almadan əvvəl maliyyə problemlərini həll edir. Digər 32% isə dost və tanışlarından borc götürməyə üstünlük verir", - tədqiqatın müəllifləri qeyd ediblər.

Sorğu iştirakçılarının 8%-i mikromaliyyə təşkilatlarına pul üçün müraciət edir. Respondentlərin yalnız 3%-i belə hallarda istehlak krediti götürməyə hazırdır.

Tədqiqatda ümumilikdə ölkənin müxtəlif regionlarından 17-55 yaş arası 2 mindən çox insan iştirak edib./publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti