Xəzər Xəbər

Gəncədə ögey övladlarına əzab verən qadına cinayət işi açılıb

Cəmiyyət | 17:20 • 2 Dekabr 2021
Gəncədə ögey övladlarına əzab verən qadına cinayət işi açılıb

Gəncə şəhər sakinləri 2009-cu il təvəllüdlü Əli və 2010-cu il təvəlüdlü Nigar Hüseynovanın (ad və soyad şərtidir) ögey anaları tərəfindən mütəmadi olaraq döyülmələri və onlara əzab verilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən olunub ki, azyaşlıların anasının ölümündən sonra ataları Zahid Hüseynovun (ad və soyad şərtidir) birlikdə yaşadığı Gəncə şəhər sakini Könül Vəliyeva (ad və soyad şərtidir) döyməklə və sair zorakı hərəkətlərlə azyaşlılara güclü fiziki ağrı və psixi iztirablar verib. 

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (əzab vermə - iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, o cümlədən şahid dairəsinin müəyyənləşdirilməklə dindirilməsi həyata keçirilib. Eyni zamanda, azyaşlıların prokurorluq orqanlarına müraciəti əsasında, onların sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Bundan başqa, uşaqların doğma atası Zahid Hüseynovun (ad və soyad şərtidir) qeyd edilənlərdən məlumatlı olduğu, hadisələrin bir sıra hallarda onun gözü qarşısında baş verməsi, bununla da, Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini həyata keçirmədiyi, uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına laqeyd yanaşması aşkar edildiyindən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qarşısında iddia qaldırılıb.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti