Xəzər Xəbər

Telefon alarkən diqqətli olun: bəzi işbazlar yeni fırıldağa əl atıb XƏBƏRDARLIQ

IMEI kod klonlaması sizi təhlükəyə ata bilər
Cəmiyyət | 09:07 • 3 Dekabr 2021
Telefon alarkən diqqətli olun: bəzi işbazlar yeni fırıldağa əl atıb

Dostlar, yeni bir dələduzluq metodu var. Əslində, dünyada yeni deyil, illərdir var, amma müşahidələrim və aşkarladığım hadisələr göstərir ki, bizim bazarda bu metod artmağa başlayıb. Xüsusən "facebook" qruplarında açıq bazar gedir".

Xezerxeber.az xəbər verir ki, bu fikirləri texnobloger Fərid Pərdəşünas qeyd edib.

O bildirib ki, bəzi işbazlar və telefon satıcıları xaricdən gələn telefonların ucuz qiymətə IMEI qeydiyyatını aparırlar: "Bu, birbaşa IMEI klonlaması vasitəsilə həyata keçirilir. Əslində, hazırda əlinizdə olan cihaz klonlanmış bir IMEI koduna da sahib ola bilər. Bu metodla işbazlar başqa cihazların və yaxud hazırda aktiv olan başqasına məxsus smartfonların IMEI kodlarını yeni gələn cihazlara klonlayıb satırlar. Nəticə necə olur? Əgər siz klonlanmış bir cihaz daşıyıcısınızsa, bu sizin üçün real təhlükəlidir". 
Onun sözlərinə görə, IMEI qeydiyyatları dövlətlər aparır və hər bir IMEI kodu cihaz vasitəsilə GSM danışıqlarının həyata keçirilməsi üçün cihazın kimlik kartı hesab edilir.

"Çalışın bu kodu başqaları ilə bölüşməyin. Azərbaycanda cihazlarınızın qeydiyyatını və yoxlanışını imei.az saytı vasitəsilə həyata keçirə bilərsiniz. Əgər kimsə sizə daha ucuz qeydiyyat deyirsə, bilin ki, IMEI klonlayacaq. Bu, sonrakı mərhələdə sizin də, onun da başını ağrıdacaq". 

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti