Xəzər Xəbər

İybilmə və dadbilməni geri qaytarmaq üçün nə edək? AÇIQLAMA

İybilmə və dadbilmənin gec bərpası və ya tam bərpa olunmaması COVID-19-a yoluxanların 65-70 faizi üçün xarakterikdir
Cəmiyyət | 17:11 • 27 Oktyabr 2021
İybilmə və dadbilməni geri qaytarmaq üçün nə edək?

Yeni növ koronavirus (COVID-19) infeksiyasının xarakterik əlamətlərindən biri olan iybilmənin və dadbilmənin qismən və ya tamamilə itməsi bəzi xəstələr üçün çox ciddi psixoloji nəticələrə səbəb ola bilər. Ona görə də sağaldıqdan sonra qoxu və dadbilmə duyğusunu bərpa etmək xəstənin əvvəlki həyatına qayıtması üçün vacib şərtlərdən biridir. İybilmə və dadbilmənin itməsi adi soyuqdəymə kimi digər yoluxucu respirator xəstəliklər zamanı da müşahidə oluna bilər. Ona görə də mütəxəssislər müayinə və müalicə təyin edilərkən qızdırma və öskürək kimi simptomlara diqqət yetirməyi tövsiyə edirlər. COVID-19-a yoluxma zamanı dad və iybilməni itməsi probleminə səbəb olan amillər hələ tam müəyyənləşdirilməyib. Lakin aydındır ki, yoluxma nəticəsində bir sıra həssas hüceyrələr və ya sinirlər, keçiricilər zədələnir.

Bu fikirləri Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin həkimi həkim Racu Nəbiyev COVID-19 infeksiyasının xarakterik əlamətlərindən biri olan iybilmənin və dadbilmənin qismən və ya tamamilə itməsi barədə danışarkən deyib.

Həkim-mütəxəssis bildirib ki, koronavirusa yoluxanlarda, adətən, xəstəliyin ilk günlərdə itən iybilmə və dadbilmə təxminən iki həftə sonra bərpa olunur: “Lakin bəzi xəstələr hətta sağaldıqdan bir neçə ay sonra da iybilmə və dadbilmənin yoxluğundan şikayətlənirlər. Çox vaxt həmin problem xəstəliyin 4-6-cı günündə baş verir. Postvirus dövründə iybilmə və dadbilmənin gec bərpası və ya tam bərpa olunmaması COVID-19-a yoluxanların 65-70 faizi üçün xarakterikdir. Bu hisslərin hər ikisi digər əlamətlərdən də əvvəl özünü göstərərək, bəzən xəstəlikdən sağaldıqdan sonra qayıdır. Bəzən iybilmənin itməsi koronavirusun həmin xəstədəki yeganə simptomu olur. Daha ağır xəstələrdə iybilmənin itməsi ilə yanaşı, burun tutulur, bədən temperaturu qalxır və tənəffüs yollarında quruluq meydana gəlir. Quru öskürək və hipotermiya yaranır, xəstə baş ağrısından, zəiflikdən şikayət edir və nəhayət, dadbilmə də tamamilə itir”.

R.Nəbiyevin dediyinə görə, qoxuları tanımaq və qidaların dadını bilmək sağalmanın ən bariz əlamətidir. İybilmə və dadbilmənin bərpası müddəti daha çox xəstəliyin 8-14-cü günləri ilə, sağaldıqdan sonra 1-3-cü aylara təsadüf edir. Çox təəssüf ki, nadir hallarda isə iybilmə və dadbilmə ümumiyyətlə bərpa olunmur. Bu cür fəsadlar burunətrafı tağların anamnezlərində xroniki patologiyaların mövcudluğu, bir sıra nevroloji xəstəliklər, travmalar və beyində hər hansı cərrahi əməliyyatın həyata keçirilməsi ilə əlaqələndirilir”.

Həkim-mütəxəssis qeyd edib ki, COVID-19-dan sağaldıqdan sonra iybilmə və dadbilmənin bərpa olunması prosesini sürətləndirmək, vəziyyəti yüngülləşdirmək üçün burun boşluğunda iltihabı dayandırmağa yönəlmiş simptomatik terapiya tövsiyə olunur. Bunun üçün burnu duzlu su ilə yumaq, həmçinin damarları yığan, iltihab əleyhinə və ya hormonal intranazal spreylərdən istifadə etmək lazımdır. Əlbəttə ki, bu dərmanları istifadə etməzdən əvvəl müalicə həkimi ilə məsləhətləşmək şərtdir. Bundan başqa, dadbilmə və iybilmə funksiyasını bərpa etmək üçün qidalara təbii dad və qoxu gücləndiriciləri əlavə etmək olar. Bu prosedur qoxu reseptorlarını aktivləşdirmək üçün icra olunur. Ən azı 5 güclü ətir seçərək, onların hər birini gündə ən azı 2 dəfə 10-20 saniyə qoxulamaq lazımdır. Kəskin qoxusu elə maddələrə qəhvə, sarımsaq, nanə, aromatik yağlar, vanil, sitrus meyvələri və s. misal göstərmək olar. Ən əsası isə panikaya düşmək olmaz, yadda saxlamaq lazımdır ki, koronovirusdan sağaldıqdan sonra dad və qoxu reseptorlarının işinin bərpası köməkçi müalicənin keyfiyyətindən asılıdır”./azərtac

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti