Xəzər Xəbər

"Sədərək" və "Binə" ticarət mərkəzlərində niyə maska taxmırlar? - DİN-dən AÇIQLAMA

Cəmiyyət | 12:43 • 23 Oktyabr 2021
"Sədərək" və "Binə" ticarət mərkəzlərində niyə maska taxmırlar? - DİN-dən AÇIQLAMA

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Artıq iki ilə yaxındır pandemiya şəraitində yaşamağımıza baxmayaraq, bəzi şəxslər hələ də ən sadə təhlükəsizlik və gigiyena tələblərini yerinə yetirmir. Avtobuslarda, müxtəlif qapalı məkanlarda maskasız gəzən və yoluxma riskini daha da artıran xeyli sayda insan var. Belə yerlərdən biri də ölkənin ən böyük ticarət mərkəzləri sayılan “Sədərək”  və “Binə” ticarət mərkəzləridir. Əksər hallarda bu ərazilərdə nə satıcıların, nə alıcıların maska taxmadığını, sosial məsafə qaydalarını gözləmdiyinin şahidi oluruq.

Məsələ ilə bağlı sualları cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər iki ticarət mərkəzində aidiyyatı dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən monitorinq tədbirləri həyata keçirilir:

“Təkcə “Binə”və “Sədərək” ticarət mərkəzləri deyil, ümumən bütün sahibkarlıq subyektləri və qapalı məkanlar diqqət mərkəzindədir. Bu istiqamətdə vaxtaşırı müvafiq tədbirlərin keçirilir”.

Ticarət mərkəzlərində maskasız gəzənlərlə bağlı isə DİN rəsmisi bildirdi ki, monitorinqlər aparılır.

“Bütün hallarda nəzarət profilaktik tədbirləri aidiyyatı dövlət qurumları ilə birgə aparılır ", - deyə Elşad Hacıyev bildirib./Redaktor.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti