Xəzər Xəbər

Daha 6 qazi son nəsil protezlərlə təmin edilib

Cəmiyyət | 13:24 • 6 Oktyabr 2021
Daha 6 qazi son nəsil protezlərlə təmin edilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yuxarı ətrafları amputasiya olunmuş 6 qazini yüksək texnologiyalı protezlərlə təmin edib.

Xezerxeber.az xəbər verir ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində İslandiyanın ÖSSUR şirkətinin nümayəndələri ilə birgə ilkin mərhələdə onlardan ölçülər götürülüb. Protezləşməyə hazırlıq mərhələsindən sonra bu gün onlara yüksək texnologiyalı protezlər təqdim olunub. Həmin 6 qazi bionik əllərlə təmin edilib.

Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş daha 4 qazi son nəsil protezlərlə təmin edilmələri üçün hazırlıq mərhələsindədir, yaxın günlərdə onlara da həmin protezlər veriləcək. Vətən müharibəsi qazilərindən yuxarı ətraflarını itirmiş 29 nəfərin hər birinin yüksək texnologiyalı protezlərlə təmin edilməsi nəzərdə tutulub ki, onlardan 6-na həmin protezlər verilib.

Protez-ortopedik sənaye sahəsində ən qabaqcıl texnologiyaya malik olan ÖSSUR şirkəti yuxarı ətrafları amputasiya olunmuş insanlar üçün yüksək funksionallıq və proqram təminatı ilə fərqlənən ən müasir bionik protezlərin istehsalını həyata keçirir. ÖSSUR Touch Bionics protezlərinin xüsusi proqram təminatı istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. ÖSSUR i-Limb Ultra bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur, komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.

Ümumilikdə, 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı, elektron protezlərlə təminat işləri də aparılır və ümumilikdə 149 qazi son nəsil protezlərlə təmin edilib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti