Xəzər Xəbər

Nazir müavini: “Texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artıb”

Cəmiyyət | 11:30 • 24 Sentyabr 2021
Nazir müavini: “Texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artıb”

“Tələbə qəbulu üzrə statistikaya diqqət yetirsək görərik ki, texnoloji ixtisaslar üzrə tələbə qəbulu ötən dövrlərə nisbətən 75 faiz artıb”.

Xezerxeber.az-ın məlumatına görə, bunu təhsil naziirnin müavini İdris İsayev “Nizami Gəncəvi İli"nə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bəzi ixtisaslar, xüsusən dövlət sifarişli üzrə tələbə qəbulu dəfələrlə artıb: “Məsələn, İKT ixtisaslarında bunu qeyd edə bilərik. Kompüter elmləri üzrə 1.9 dəfə, kompüter mühəndisliyi üzrə 2.4 dəfə, informasiya texnologiyaları üzrə 2.6 dəfə, informaisya təhlükəsizliyi ixtisası üzrə 3.9 dəfə tələbə qəbulu artıb”.

Xəbər lenti