Xəzər Xəbər

Faktiki hava şəraiti açıqlandı

Cəmiyyət | 11:35 • 29 İyul 2021
Faktiki hava şəraiti açıqlandı

Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məluamta görə, iyulun 27-si axşamdan 29-u səhərədək ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, yağan lintensiv və güclü yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qabırrı-Kəsəmən (Şəmkir), Qanıx çaylarında sululuq artmış, bəzi dağ çaylarından sel keçmişdir. Ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsmişdir.

Yağıntının toplam miqdarı: Ləzədə (Qusar) 65 mm (aylıq normanın 218 %-i), Balakəndə 49 mm (aylıq normanın 63 %-i), Zaqatalada 44 mm (aylıq normanın 60 %-i), Şahdağda 42 mm, Oğuzda 38 mm (aylıq normanın 57 %-i), Qazaxda 35 mm, (aylıq normanın 110 %-i), Kişçayda (Şəki) 35 mm (aylıq normanın 58 %-i), Şəkidə 34 mm (aylıq normanın 56%-i), Qusarda 30 mm (aylıq normanın 110%-i), Lənkəranda 28 mm (aylıq normanın 201%-i), Lerikdə 25 mm (aylıq normanın 151%-i), Astarada 23 mm (aylıq normanın 69%-i), Sarıbaş (Qax) 23 mm, Qrızda 22 mm, Quba, Xınalıqda 17 mm, Qəbələdə 15 mm, Nabranda 14 mm, Ağstafada 12 mm, Tovuz, Qax, Gəncədə 10 mm, Ceyrançöldə 9 mm, Tərtərdə 7 mm, Şəmkir, Şərurda 5 mm, Mingəçevir, Xaçmazda 4 mm, Şabran, Yardımlı, Yevlaxda 3 mm, Qax, Gədəbəy, Ağdərə (Ordubad), Göygöl, İsmayıllı, Bərdə, Şahbuzda 2 mm, Daşkəsən, Sədərək, Xaltan, Naxçıvan, Şamaxı, Qobustan, Naftalan, Salyan, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Beyləqan, Cəfərxan, Salyan, Maştağa, Bakıda 1 mm-dək olmuşdur.

Dolu: Şəmkirçay Qalakənddə diametri 22 mm, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm, Plan kəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xirda dənəli dolu yağmışdır.

Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Salyanda 23 m/s, Naftalanda 22 m/s, Şirvanda 21 m/s, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvan, Hacıqabulda 18 m/s, Şabranda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Pirallahı, Çilov adasında 29 m/s, Neft Daşlarında 28 m/s, Qum yataqda 26 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.0 metrə çatıb.

İyulun 29-u səhər saatlarından şimal-qərb küləyi 8-13 m/s-dək mülayimləşib.

Qeyd: İyulun 29-u gündüz, 30-da ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu tədricən yüksələcək.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti