Xəzər Xəbər

6, yoxsa 7? - Erkən tədrisə başlamağın FƏSADLARI

Cəmiyyət | 730 | 15:40 • 24 İyul 2021
6, yoxsa 7? -  Erkən tədrisə başlamağın FƏSADLARI

Bəzi valideynlər övladlarının daha tez məktəbə getməsini arzulayırlar. Əsas gətirilir ki, uşağın zehni yaxşıdır, məktəbə marağı var. Psixoloq Fərqanə Mehmanqızı isə hesab edir ki, orta məktəbdə tədrisə başlamaq üçün 6 deyil, 7 yaş daha uyğundur. 

Bu barədə o, sosial şəbəkə hesabında rəy bildirib:  

“Məktəbə başlamaq uşağın həyatında dönüş nöqtəsidir. Çünki o, bununla ciddi rejimə keçir. Gərək həmin rejimə elə vaxtda keçəsən ki, onun məsuliyyətini daşıya biləsən. 6 yaşı olmayan uşaq üçün bu məsuliyyəti daşımaq çox ağırdır. Çünki onu oyun və öz dünyasından çəkib məcburi təhsilə yönləndirmək onda təhsilə, qaydalara qarşı kin yaradacaq. Uşaq yaxşı şeir öyrənə, zehni gücü və marağı ola bilər. Amma bunun üçün xüsusi kurslar var. Onlar məntiq və savadı inkişaf etdirir. Məktəbin isə qanunları var. Uşaqlar çox sürətli inkişaf edir. 7 və 6 yaşındakı uşaqların psixologiyası, özgüvəni eyni deyil”.  

Xatırladaq ki, Azərbaycan Respublikasının “Təhsil haqqında”qanununa əsasən, məktəbə qəbul 6 yaşdan başlanır.

Dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqlar valideynlərin arzusu ilə Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul oluna bilirlər./Bizim.Media

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti