Xəzər Xəbər

77 ilə başlayan yeni seriya nömrələrinin verilməsinin səbəbi nədir? - Ekspert

Cəmiyyət | 16:21 • 24 İyul 2021
77 ilə başlayan yeni seriya nömrələrinin verilməsinin səbəbi nədir? - Ekspert

"Bu, müvəqqəti nömrə deyil, digər nömrələr kimi vətəndaşlara daimi verilir. Prosesə artıq başlanılıb. Çox güman ki, Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı artdığna görə, yeni nömrələrin çapına başlanılır". 

Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilməsinə başlanılması ilə bağlı məlumata aydınlıq gətirərkən bildirib. Elməddin Muradlı bunu bir çox səbəblərinin ola biləcəyini vurğulayıb:

"Köhnə nömrələrin əksəriyyəti itir, yararsız hala düşüb, yaxud da qəzalı maşınların üzərində var. Hansı ki, həmin maşınlar çıxdaş olunmalıdır, olunmur. Yəqin cərimə meydanlarında qalaq-qalaq maşınların olduğunu görürsünüz, çürüyürlər orada. Bu səbəbdən də yeni seriyalı nömrələrin verlməsinə başlanılır. Düşünürəm ki, əlavə hərfləri artırmaq mümkün olmadığından məsələn, 3 hərfli nömrə verə bilmədiyimiz üçün rəqəmlərdə dəyişməyə üstülük verirlər. Dövlət Yol Polisi yəqin bu səbəbdən addım atır".
 
Elməddin Muradlı cəmiyyətdə nömrə xəstəliyinin olduğunu diqqətə çatdırıb:

"İstər 77, istərsə də 99, 10 olsun fərqi nədir? Nömrə insanın səviyyəsini, şəxsiyyətini, dünyagörüşünü göstərmir. Sadəcə, onun imkanının bir az çox olduğunu göstərə bilər. Bəziləri bunu belə qəbul edir ki, filankəs bahalı nömrə vurubsa, deməli, onun yaxşı pulu var. Ya da əksinə, kasıb adamdır acından günorta durur, gedib bahalı nömrə alır. Nədir ki, desinlər ki, filankəsin də nömrəsi əladır. Mən cəmiyyətin nömrə ilə bağlı bu xəstə yanaşmasını qəbul edə bilmirəm".

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə 77 ilə başlayan yeni seriya nömrəsi verilməsinə başlandığını bildirib./Qaynarinfo

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
510 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti