Xəzər Xəbər

“Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsi nəşr edilib

Cəmiyyət | 11:35 • 17 May 2021
“Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsi nəşr edilib

Dövlət İmtahan Mərkəzi (DİM) “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il 2-ci nömrəsini nəşr edib.

DİM-dən xezerxeber.az-a bildirilib ki, jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul proqramları dərc olunub. Jurnalda təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə qabiliyyət imtahanları haqqında geniş məlumat da verilib. Beləliklə, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda:

- qəbul proqramları;

- müsabiqə şərtləri (minimum bal, minimal şərtlər);

- yaradıcılıq qabiliyyətinin yoxlanılması komissiyaları üzrə imtahanların siyahısı;

- qiymətləndirmə meyarları (yekun qiymətin hesablanması qaydası);

- imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər;

- tapşırıq nümunələri;

- bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər;

- abituriyentləri ən çox maraqlandıran suallara cavablar;

- XQTİ-lər üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumat verilib.

Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarının “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Xatırladırıq ki, ali təhsil müəssisələrinin XQTİ-yə qəbul üçün keçirilən qabiliyyət imtahanları haqqında ətraflı məlumat “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində verilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti