Xəzər Xəbər

Tərtərdə azyaşlını öldürən, anasına isə xəsarət yetirən şəxsin məhkəməsi başlayır

Cəmiyyət | 11:40 • 17 May 2021
Tərtərdə azyaşlını öldürən, anasına isə xəsarət yetirən şəxsin məhkəməsi başlayır

Ötən il iyulun 2-də Tərtər rayon sakini Lamiyə Əliyevanın öldürülməsinə cəhd edilməsi, azyaşlı oğlu Ömər Ağazadənin öldürülməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Tərtər rayon prokurorluğunun xezerxeber.az-a daxil olan məlumatında bildirilib ki, istintaqla rayon sakini Elmir Hüseynovun heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə əvvəlcədən tanımadığı Lamiyə Əliyevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd göstərdiyi, sonra isə onun gözləri qarşısında azyaşlı oğlu Ömər Ağazadəyə xəsarətlər yetirərək qəsdən öldürdüyü müəyyən olunub.

Elmir Hüseynov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti