Xəzər Xəbər

Azərbaycanın su ehtiyatları 15 faiz azalıb

Cəmiyyət | 14:08 • 15 May 2021
Azərbaycanın su ehtiyatları 15 faiz azalıb

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Bu məsələlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev xezerxeber.az-a bildirib ki, planetimizdə orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su ehtiyatlarının azalması və buzlaqların əriməsi müşahidə olunur.

Onun sözlərinə görə, iqlim dəyişmələrinə məcburi uyğunlaşma vasitələri adi hala çevrilməkdədir: “Son 30 ildə temperaturun artımı 1°C-dən də yüksəkdir ki, bunun nəticəsi olaraq Azərbaycanın su ehtiyatları 10-15 faiz azalıb. Gələcəkdə orta temperaturun 2°C və daha çox artması senarilərinə uyğun olaraq su resurslarının paylanmasında fundamental dəyişikliklərə uyğunlaşmaq üçün müxtəlif tədbirlər planlaşdırılır ki, onların icrası nəticəsində gələcəkdə mümkün su defisitlərinin qarşısını kifayət qədər almaq olar.

Xidmət rəsmisi qeyd edib ki, mümkün olan uyğunlaşma tədbirlərinə hazırda 40 faizə yaxın olan su itkilərinin azalması üçün fəaliyyətdə olan su təsərrüfatı obyektlərinin yenidən qurulması, yağış suyundan və təmizlənmiş dəniz suyundan istifadə və s. kimi əlavə su mənbələrinin cəlb edilməsi, yeraltı sulardan və sudan təkrar istifadə də daxil olmaqla dövriyyəvi sudan istifadə edilməsi, suya qənaətlə yanaşma, müasir suvarma texnologiyalarının və metodlarının tətbiqi daxildir".

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti