Xəzər Xəbər

Azərbaycanda daha 377 nəfər koronavirusa yoluxub

Cəmiyyət | 16:52 • 15 May 2021
Azərbaycanda daha 377 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb, 1 318 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 329 min 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 313 min 778 nəfər müalicə olunaraq sağalıb, 4768 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 825 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 375 min 679 test aparılıb. Bugünkü test sayı isə 7285-dir.

Xəbər lenti