Xəzər Xəbər

Sabahın hava proqnozu açıqlandı

Cəmiyyət | 11:45 • 10 May 2021
Sabahın hava proqnozu açıqlandı

Mayın 11-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 15-18 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti