Xəzər Xəbər

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iştirakçılarının nəzərinə

Cəmiyyət | 17:28 • 30 Aprel 2021
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iştirakçılarının nəzərinə

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının məzmunu və forması, həmçinin modelinə dair nümunələri yenidən təqdim edir.

DİM-dən xezerxeber.az-a bildirilib ki, bu imtahan bir mərhələdə keçirilir.

İmtahanda 85 tapşırıq təqdim edilir. İmtahan modelinin strukturu aşağıdakı kimidir:

Fənnin adı

                                     Tapşırıqların tipi və sayı

Tədris dili

- Dil qaydalarına dair 10 qapalı tapşırıq;

- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq; bunlardan 8-i qapalı, 2-si cavabı kodlaşdırıla bilən açıq tipli (seçim)

  Cəmi: 30 tapşırıq

Riyaziyyat

- Qapalı tipli 21 tapşırıq;

- Cavabı kodlaşdırıla bilən açıq tipli (hesablama) 4 tapşırıq

  Cəmi: 25 tapşırıq

Xarici dil

- Dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq; bunlardan 5-i qapalı və 1-i cavabı kodlaşdırıla bilən açıq tipli (seçim);

- Dil qaydalarına dair 16 tapşırıq: bunlardan 14-ü qapalı və 2-si cavabı kodlaşdırıla bilən açıq tipli (seçim);

- Oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq; bunlardan 7-si qapalı və 1-i cavabı kodlaşdırıla bilən açıq tipli (seçim)

  Cəmi: 30 tapşırıq

İmtahan modelinə dair nümunələrlə DİM-in saytında tanış olmaq mümkündür.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən otk.az portalında yeni imtahan modelinə uyğun sınaq imtahanları keçirilir.

Xəbər lenti