Xəzər Xəbər

Bugünkü buraxılış imtahanlarının nəticələri nə vaxt elan olunacaq?

Cəmiyyət | 16:47 • 30 Aprel 2021
Bugünkü buraxılış imtahanlarının nəticələri nə vaxt elan olunacaq?

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri növbəti həftələrdə açıqlanacaq.

DİM-dən xezerxeber.az-a bildirilib ki, imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur. Mayın 1-dən isə DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Xatırladaq ki, imtahanlar 15 şəhər və rayonda keçirilib. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 81 imtahan binası, 1343 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 220 imtahan rəhbəri, 1666 nəzarətçi–müəllim, 161 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 81 bina nümayəndəsi cəlb edilib.

Xəbər lenti