Xəzər Xəbər

İşğal dövründə Füzulidə 57 hektar meşə sahəsi və 11 təbiət abidəsi məhv edilib

Cəmiyyət | 09:18 • 28 Aprel 2021
İşğal dövründə Füzulidə 57 hektar meşə sahəsi və 11 təbiət abidəsi məhv edilib

Azərbaycan florasında ümumilikdə 5 minədək ali bitki növünə rast gəlinib. Bunlardan 2200-ü yaxud 42 faizi Qarabağ və ətraf ərazilərdə yayılan növlərdir. Füzuli rayonu biomüxtəfliyinin çoxçeşidliliyi baxımından Qarabağın ən maraqlı bölgələrindəndir. İşğal dövrünədək rayonun meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi və bunun 108 hektarı meşə ilə örütülü olub.

Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov media nümayəndələrinin Füzuli və Xocavənd rayonlarına səfərə yola düşərkən məlumat verib.

Nazir müavini qeyd edib ki, peyk təsvirlərinə əsasən işğal dövründə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub.

Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Ermənilər yaşı yüz illərlə ölçülən bu ağacları kəsməklə yanaşı onların kötüklərini də yandırıblar.

Vüqar Kərimov vurğulayıb ki, təbiət abidəsi kimi dünyanın irs siyahısına daxil olmuş və 1800-2000 yaşlı çinarların ermənilər tərəfindən yandırılması yalnız Azərbaycana qarşı deyil, həm də dünyaya qarşı ekosid hərəkətdir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti