Xəzər Xəbər

"YAŞAT" Fondu şəhid anasının və qazinin əməliyyat xərclərini qarşılayıb

Cəmiyyət | 16:14 • 19 Aprel 2021
"YAŞAT" Fondu şəhid anasının və qazinin əməliyyat xərclərini qarşılayıb

"YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Fonddan xezerxeber.az-a verilən məlumata görə, qazi Tofiq Musaxanlının, şəhid İsmayıl Salmanovun anası Yeganə Hüseynovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. 

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Xəbər lenti