Xəzər Xəbər

Koronavirusa yeni yoluxanların sayı kəskin azaldı

Cəmiyyət | 16:34 • 19 Aprel 2021
Koronavirusa yeni yoluxanların sayı kəskin azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1136 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 301661 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 265539 nəfər müalicə olunaraq sağalıb, 4169 nəfər vəfat edib, aktiv xəstə sayı 31953 nəfərdir. Ölkədə son sutka ərzində 5 955, hazırkı dövrədək isə 3 114 879 test aparılıb.

Qeyd edək ki, ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 2 144  yeni yoluxma faktı qeydə alınıb, 1 923 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

Xəbər lenti