Xəzər Xəbər

Bakıda COVID-19 xəstəsi barədə cinayət işi açılıb

Cəmiyyət | 14:37 • 17 Aprel 2021
Bakıda COVID-19 xəstəsi barədə cinayət işi açılıb

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, paytaxt sakini Cavad Abdullayevə sosial izolyasiya qaydalarına əməl edərək evdə oturmaq barədə xəbərdarlıq edilməsinə baxmayaq o, bu tələbə əməl etməyib. İctimaiyyət arasına çıxaraq xəstəliyin yayılmasına şərait yaradan bu şəxsin paytaxt ərazisində kafelərdən birinə getdiyi də kameralar vasitəsi ilə müəyyənləşdirilib. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. C.Abdullayev barəsinə 37-ci Polis Şöbəsində toplanan materiallar Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir: "Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini tələb edirik".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti