Xəzər Xəbər

“YAŞAT” Fondu qazilərimizə və şəhid ailələrinə nə qədər vəsait xərcləyib?

Cəmiyyət | 12:38 • 10 Aprel 2021
“YAŞAT” Fondu qazilərimizə və şəhid ailələrinə nə qədər vəsait xərcləyib?

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitdən indiyədək hansı istiqamətlər üzrə xərcləndiyi məlum olub.

Vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.

Belə ki, öhdəliyə götürülən 5 505 şəxsdən 4 391 nəfərinə dəstək göstərilib və bu istiqamətdə 17 965 368,66 manat xərclənib.

Fonda toplanan vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması üçün 13 399 587,50, borc öhdəliklərinin qarşılanması üçün 2 959 921,60, tibbi xərclərin ödənilməsi üçün 1 705 433,75, təhsil xərclərinin ödənilməsi üçün 52 505,54 manat xərclənib.

Evin təmiri üçün 9 124 675,50, bank borcları üçün 2 850 169,66, müalicə xərcinin qarşılanması üçün 1 377 271,43, qeyri-bank borcları üçün 109 751,94, təhsil haqqının ödənilməsi üçün 50 504,54, istilik sisteminin quraşdırılması üçün 8 008 manat və digər məsələlərlə bağlı vəsait sərf olunub.

Qeyd edək ki, indiyədək fondda 30 905 864,3 manat toplanıb. Həmin vəsaitin 17 965 368,66 manatı xərclənib. Vəsaitin qalığı isə 12 940 495,64 manatdır.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti