Xəzər Xəbər

Alimdən xəbərdarlıq - Koronavirusdan sağalan uşaqların orqanlarında çatışmazlıq başlayır

Cəmiyyət | 10:49 • 9 Aprel 2021
Alimdən xəbərdarlıq - Koronavirusdan sağalan uşaqların orqanlarında çatışmazlıq başlayır

Almaniyada uşaqlar koronavirusdan tam sağaldıqdan sonra tək ağciyərlərdə deyil, bütün orqanlarda çatışmazlıqla başlayan yeni sindrom tapılıb.

Bunu açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

"İlkin mərhələdə Britaniya ştammının uşaqlar üçün daha təhlükəli və öldürücü olması bildirilirdi. Lakin hazırda virusun məhz uşaqlarda ağırlaşma yaratması barədə yüksək səviyyədə elmi tədqiqat yoxdur. Bəzi tədqiqatlar olsa da, bu gün onlara istinad edib, ciddi narahatlıq keçirməyimizə səbəb yoxdur. Amma bu, o demək deyil ki, artıq uşaqlara görə narahat olmayaq.

"Virusa yoluxan uşaqların hamısı sağalacaq" deyə anlayış yoxdur. Hər kəs bilməlidir ki, uşaqlar pandemiyanın daşıyıcısıdır. Böyük qismi xəstəliyi yüngül keçirsə də, müəyyən qismində ağırlaşmalar ola bilər. Sadəcə zamanında müdaxilə edilməsi ölümlə nəticələnmir" , - o bildirib./milli.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024

Xəbər lenti