Xəzər Xəbər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət | 18:45 • 8 Aprel 2021
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 698 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 040, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 658 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 069 488, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 627 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 396 985 təşkil edir. 

Xəbər lenti